ARAVOT: "Humanizm"lə bağlı bütün bu hekayə uydurma ola bilərmi?

2018/06/56785678_1528810197.jpg
Oxunub: 3255     21:28     12 İyun 2018    
Son günlər Ermənistan müdafiə nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Hovhanisyan ardıcıl olaraq bəyanatlar verərək bildirir ki, guya Azərbaycan işğaldan azad edilmiş Günnüt kəndinə daxil olmaq üçün Ermənistan tərəfindən icazə alıb. Təbii ki, məlumat absurd olmaqla yanaşı, ictimaiyyətin diqqətini yayındırmaq məqsədi güdür. Bu barədə artıq Ermənistan KİV-lərində də müxtəlif məlumatlar dərc edilir.

Ordu.az məsələ ilə bağlı "Aravot.am" saytının Ermənistan müdafiə nazirliyinə ünvanladığı istehzalı sualları olduğu kimi təqdim edir:

"Əvvəla Artsrun Hovhanisyanın nə bəyan etdiyindən başlayaq. Konkret olaraq Artsrun Hovanissyan bildirib ki, Azərbaycan tərəfi 6-7 iyun tarixlərində Ermənistan SQ rəhbərliyinə müraciət edərək, bəzi vətəndaşların Günnüt kənd xarabalığının cənub ətrafındakı qəbirstanlığı ziyarət etməsinə icazə verilməsini xahiş edib və Ermənistan tərəfi humanitar addım olaraq buna icazə verib.

Sual yaranır. Azərbayacan hansı qaydada həmdə 2 gün fasiləsiz müraciət edib? ATƏT, BQXK vasitəsilə, yoxsa Ermənistan SQ-nin rəhbərliyi ilə birbaşa əlaqə yaradıblar? Telefonla, radioəlaqə, elektron poçt, yazılı yolla müraciət ediblər?

Azərbaycanlılar kimə müraciət ediblər? Ermənistanın müdafiə nazirinə, BQ rəisinə, həmin əraziyə nəzarət edən hərbi hissənin komandirinə, yoxsa kimə müraciət edib?

Bundan başqa kim müraciət edib? Naxçıvan muxtariyyətinin rəhbəri, həmin bölgənin yerli idarəetmə orqanının nümayəndəsi, Azərbaycanın müdafiə naziri və ya kim müraciət edib?

Əlavə olaraq Azərbaycan tərəfinin Ermənistan SQ rəhbərliyinə belə bir xahişlə müraciət etdiyinə dair hər hansı fakt sübut varmı?

Xüsusilə əgər radioəlaqə ilə müraciət olunubsa, radiokəşfiyyat tərəfindən aparılmış müvafiq səs yazısı sübutu var, əgər yazılı müraciət olunubsa hər hansı yazılı sübut olmalıdır. Əgər belə bir sübut varsa niyə Ermənistan müdafiə nazirliyi yaymır?

Bundan əlavə əgər belə bir müraciət olubsa, SQ komandanlığı bu barədə qaydalara uyğun olaraq Ali baş komandan hesab edilən baş nazir Nikol Paşinyana məlumat verilibmi?

Yoxsa baş nazir silahlı qüvvələrin komandanlığının bu "danışıqlarından" və humanitar qərarından xəbərsiz olub. Yoxsa xəbəri olub və özü göstəriş verib ki, "icazə verin, qoy dünya görsün ki, biz nə qədər humanitar, insanpərvərik". Bəs, "humanizm"lə bağlı bütün bu hekayə uydurma ola bilərmi?".

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Günnüt   Azərbaycan  

ARAVOT: "Humanizm"lə bağlı bütün bu hekayə uydurma ola bilərmi?

2018/06/56785678_1528810197.jpg
Oxunub: 3256     21:28     12 İyun 2018    