Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, iyunun 10-da Ermənistanın Qeğarkunik vilayətindəki restoranlardan birinin yaxınlığındakı yolda dayanmış "Lexus" markalı avtomobildən patronlarla dolu "Makarov" tipli tapança və pul oğurlanıb.
Bu barədə avtomobil sahibi olan şəxs yerli polis və hərbi polis orqanlarına məlumat verib. Məlumata görə, zərərçəkən 43 yaşlı Soğomon Xaçatryan Ermənistan müdafiə nazirliyinin hərbi hissələrindən birində komandir olaraq xidmət edir.
Tapançanın ona 2017-ci ildə sabiq müdafiə naziri Vigen Sarklisyan tərəfindən mükafat olaraq təqdim edildiyi məlum olub.
Oğurlanmış tapançanın tapılması istiqamətində axtarış istintaq tədbirləri davam edir.
Alpər Mövludoğlu
Ordu.az