Raket bölmələri praktiki atışlar keçirib - VİDEO (FOTOLAR)

2018/06/22_1528792717.jpg
Oxunub: 3130     16:35     12 İyun 2018    
Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına uyğun olaraq raket bölmələri müasir tank əleyhinə idarə olunan raketlərin tətbiqi ilə praktiki atışlar keçirib. Atışlar döyüş şəraitinə maksimal yaxın vəziyyətdə gündüz və gecə vaxtlarında icra olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, müasir və perspektivdə istehsal olunan tanklar, piyadaların döyüş maşınları (PDM) və digər zirehli texnika, eləcə də mühəndis qurğuları, uzunmüddətli atəş nöqtələri, aşağı hündürlükdə uçan hava hədəfləri, örtüdə və açıq ərazidə yerləşən canlı qüvvənin məhvetmə qabiliyyətinə malik olan komplekslər sutkanın istənilən vaxtında, aktiv və passiv maneələrin istifadəsi şəraitində tətbiq edilə bilər.

Komandanlıq təlimlərdə iştirak edən şəxsi heyətin döyüş hazırlığını yüksək qiymətləndirib.






Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Raket-bölmələri   Təlimlər  


Bizi "telegram"da izləyin