Koçaryan və Sarkisyanın "cangüdəni" Paşinyanı qoruyacaq

2018/06/Gregori-Hayrapetov-e1528747739902_1528791674.jpg
Oxunub: 4073     16:20     12 İyun 2018    
Ermənistan təhlükəsizlik xidmətinin dövlət mühafizəsi xidməti rəisi təyin edilib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan prezidenti Armen Sarkisyanın əmri ilə milli təhlükəsizlik xidmətinin dövlət mühafizəsi xidməti rəisi Hraçya Harutyunyanı tutduğu vəzifədən azad edib, digər əmrlə bu vəzifəyə Qriqori Hayrapetov təyin edilib.

Xatırladaq ki, daha öncə Ermənistanın dövlət mühafizəsi xidməti rəisinin müavini olan polkovnik Qriqori Hayrapetov birinci şöbənin rəisi idi.

O, 1991-ci ildən indiyədək dövlət rəhbərinin təhlükəsizliyinə cavabdehdir və Ermənistanın əvvəlki 3 prezidentinin, indi isə baş nazir Nikol Paşinyanın təhlükəsizliyini təmin edir.


Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qriqori-Hayrapetov  


Bizi "telegram"da izləyin