Rusiya İrəvandakı ABŞ laboratoriyalarına görə etiraz etdi - GİZLİ MƏNBƏ

2018/06/1528724419-4293_1528725895.jpeg
Oxunub: 1668     22:01     11 İyun 2018    
Rusiya ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müttəfiqləri arasında qarşıdurma yaşanır.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Moskva üzv ölkələrin ərazisində ABŞ laboratoriyaları blokunun yerləşdirilməsindən narazıdır.

Adı açıqlanmayan mənbənin sözlərinə görə, iyunun 11-də Rusiya xarici işlər naziri Sergey Lavrov bu məsələləri Almatıdakı KTMT xarici işlər nazirlərinin toplantısında gündəmə gətirib.

Onların Birləşmiş Ştatların maliyyə dəstəyi ilə açıldığı və Rusiya üçün narahatçılıq mənbəyi olduğu vurğulanıb.

"Bizim xüsusi xidmətlərimiz bu laboratoriyaların mövcudluğuna görə narahatdır. Bunların bir müddət sonra bizə qarşı istifadə edilə biləcəyi istisna deyil. Və onlar Qərbi Avropaya yerləşdirilmir", - deyə rus diplomatı adı açıqlanmayan mənbə ilə söhbətində şikayətlənib.

Mənbənin məlumatına görə, hazırda İrəvanla bioloji tədqiqatlar sahəsində əməkdaşlıq haqqında ayrıca sənədin imzalanma ehtimalı müzakirə olunur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-Rusiya   ABŞ  


Bizi "telegram"da izləyin