Cənubi Koreyadakı ABŞ qoşunlarını nə gözləyir: Mümkün ssenarilər

2018/06/345345_1528725199.jpg
Oxunub: 2083     00:16     12 İyun 2018    
Ola bilsin ki, Donald Trampla Kim Çen In arasında sabah baş tutacaq sammitdə Cənubi Koreyadakı ABŞ qoşunları masaya qoyulmasın, lakin onlar arxa fonda da qeyri-müəyyən görünürlər.

Tramp buradakı 28500 Amerika hərbi qulluqçusunun Şimalla nüvə danışıqlarında anlaşma mövzusu olmayacağını vurğulayıb.

Dövlət katibi Mayk Pompeo bu gün məsələ ilə bağlı sualları cavablamaqdan imtina edərək, ABŞ-ın nüvəsizləşməyə razılıq verməsi qarşılığında KXDR rejiminə bənzərsiz təhlükəsizlik zəmanəti təklif etməyə hazır olduğunu bildirməklə kifayətlənib.

Sammitlə bağlı Sinqapura getməyən Mettis bir neçə gün öncə “Amerikalıların heç yerə getmədiyini” və bunun müzakirə mövzusu olmadığını bildirib.

Ola bilsin ki, indi yox, amma ABŞ-ın yarımadada mövcudluğu 1950-53-cü il Koreya müharibəsindən etibarən Şimali Koreya üçün əsas ağrılı nöqtə olub.

Bundan sonrakı dövr üçün bu qoşunlara dair əsasən aşağıdakı ssenarilərdən birinin baş verməsi mümkün görünür:

Tamamilə çəkilmə

Şimali Koreya tarixən ABŞ-dan bunu tələb edib. O, nüvə silahlarını təkmilləşdirməsinə bununla haqq qazandırır. Həmçinin, o ənənəvi olaraq hər il keçirilən ABŞ-Cənubi Koreya hərbi təlimlərinin də dayandırılmasını istəyir.

Sayın azaldılması

“New York Times” keçən ay Trampın Pentaqona yarımadadakı Amerika qoşunlarının sayının azaldılmasını nəzərdən keçirməyi tapşırdığını xəbər verib. O, bunun ayrılan vəsaitə qənaət etməklə əsaslandırır. Xatırladaq ki, 1971-ci ilə qədər bölgədə ABŞ əsgərlərinin sayı 60 mindən çox idi. Lakin dövrün prezidenti Riçard Nikson Seulun etirazına baxmayaraq bunun üçdə-birini bölgədən çıxardı. Daha sonra 2003-cü ildə isə Corc Buş İraqın işğalı zamanı qalan əsgərlərin xeyli hissəsini həmin bölgəyə yönləndirdi və 1990-cı illərdə Cənubi Koreyaya yerləşdirilmiş taktiki nüvə silahlarını ölkədən çıxardı.

Miqyasın kiçildilməsi

ABŞ-ın Koreya Qüvvələri və onların ailələrinin əksəriyyəti Seuldan yeni açılan Hamfrey düşərgəsinə köçürülmə mərhələsindədir. Ola bilsin ki, həmin əsgərlərinin Cənubi Koreyaya köçməsi müəyyən qədər məhdudlaşdırıla bilər.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   ABŞ-qoşunları  


Bizi "telegram"da izləyin