Hərbi hissələrə baxış keçirilib

2018/06/49847984654_1528723264.jpg
Oxunub: 1532     21:19     11 İyun 2018    
Ombudsman Aparatının Hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri Fəzail Həsənov və həmin sektorun böyük məsləhətçisi Murad Babayev Müdafiə Nazirliyinin “N” saylı, Daxili Qoşunların və Mülki Müdafiə Qoşunlarının Bərdə şəhərindəki hərbi hissələrinə plan üzrə baxışlar keçiriblər.

Ombudsman Aparatının mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, hərbi hissələrin bütün obyektlərinə baxış keçirilib, hərbi qulluqçular üçün yaradılmış xidmət şəraiti, onlarla rəftar, həmçinin qidanın keyfiyyəti və müalicə işinin təşkili müsbət qiymətləndirilib.

Görülən işlərin daha da təkmilləşdirilməsi üçün hərbi hissələrin komandanlığına müvafiq tövsiyələr verilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ombudsman   hərbi-hissə  


Bizi "telegram"da izləyin