Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, nümayəndə heyətinə Müdafiə Nazirliyinin Koreyalararası İşlər üzrə bölməsinin sədri general-mayor Kim Do-qyun başçılıq edəcək. Onu Müdafiə və Birləşmə Nazirliklərindən olmaqla daha 4 rəsmi müşayiət edəcək.
Qeyd edək ki, iki Koreya arasında yüksək səlahiyyətli hərbi danışıqlar 2007-ci ilin dekabrından keçən 10 ildən uzun müddətdə ilk dəfə bu həftənin cümə axşamı baş tutacaq.
Ağalar Ağalarlı
Ordu.az