“KTMT Əfqanıstan-Tacikistan sərhədindəki hadisələrdən narahatdır” – Lavrov

2018/06/45345_1528717930.jpg
Oxunub: 2679     19:50     11 İyun 2018    
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin Xarici İşlər nazirləri Əfqanıstanın şimalındakı vəziyyətdən narahatlıqlarını ifadə ediblər.

Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə KTMT-nin bugünkü iclasından sonra mətbuat konfransı verən Rusiya xarici işlər naziri Sergey Lavrov danışıb.

“Bütün nazirlər Əfqanıstanda situasiyanın stabilləşdirilməsi olduğundan danışıb. Onlar, İŞİD üzvlərinin ölkənin içinə doğru irəliləməsindən narahatdır. Nazirlər xüsusilə İŞİD-in Əfqanıstanın şimal vilayətlərində möhkəmlənməyə başlaması faktından qayğılıdırlar. Çünki bu ərazilər artıq KTMT-nin sərhədlərinin yaxınlığıdır”, - deyə Lavrov bildirib.

O, KTMT üzvlərinin bundan sonra da koordinasiyalı addımlarını və Tacikistana yardımı bundan sonra da davam etməyə razı olduqlarını bəyan edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əfqanıstan   KTMT  


Bizi "telegram"da izləyin