Ordu.az shamshyan.com saytına istinadən xəbər verir ki, dünən saat 23:10 radələrində Ermənistanın Armavir-İrəvan yolunun 24 km-də Gürcüstan vətəndaşı 54 yaşlı Zurab Loçoşvilinin idarə etdiyi DAF markalı yük avtomobili ilə yolun hərəkət hissəsində dayanmış 57 yaşlı Xaçik Arakelyanın "Zil" markalı avtomibili toqquşub.
Toqquşma nəticəsində "Zil" yoldan kənara çıxaraq sahəyə düşüb.
Məlumata görə, "Zil" markalı avtomobil Ermənistan müdafiə nazirliyinin "N" nömrəli hərbi hissəsinə aparılacaq kök tərəvəzi ilə, DAF markalı maşın isə avtomobillərlə yüklü olub.
Araşdırma aparılması məqsədilə hadisə yerinə hərbi polis cəlb edilib.
Alpər Mövludoğlu
Ordu.az