Ermənistan HHM qoşunlarının nümayədələri Minskə gediblər

2018/06/345345_1527238876_1527323111_1528182664_1528292243_1528711468.jpg
Oxunub: 2028     18:10     11 İyun 2018    
Ermənistan Silahlı Qüvvələrinin nümayəndələri Belarusa yola düşüblər.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan Silahlı Qüvvələrinin Hava Hücumundan Müdafiə qoşunlarının nümayəndələri iyunun 11-13-də Minskdə keçirilməsi nəzərdə tutulan iclasda iştirak edəcəklər.

Qeyd edək ki, iclasda Ermənistan və Belarus müdafiə nazirliklərinin 2018-ci ildə ikitərəfli əməkdaşlıq planı üzrə hava hücumundan müdafiə məsələləri müzakirə ediləcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   HHM   Minsk  


Bizi "telegram"da izləyin