Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, səfər Əfqanıstan Prezidenti Əşrəf Qaninin dəvətindən sonra planlaşdırılıb.
Hadisə ilə bağlı Pakistan Müdafiə Nazirliyindən bildirilən rəsmi məlumatda qeyd olunub ki, görüşün əsas müzakirə mövzusu Əfqanıstan-Pakistan sərhədində təhlükəsizliyin artırılması məqsədilə əlavə addımların atılması ilə bağlı olacaq.
Bəyanatda bildirilib ki, iki tərəf qarşılıqlı sərmayə əsasında sərhəd bölgələrində əlavə koordinasiya mərkəzlərinin qurulmasını planlaşdırır.
“Görüşün uğurlu keçəcəyi təqdirdə qısa zamanda mərkəzlərin inşasına başlanılacaq”, - deyə açıqlamada bildirilib.
Dəyanət Ağalarlı
Ordu.az