Trampdan NATO-ya təhdidedici mesajlar: Bizdən çox şey qoparırlar

2018/06/45645_1528705472.jpg
Oxunub: 2950     16:22     11 İyun 2018    
ABŞ Prezidenti NATO-dakı əməkdaşlarına qarşı ticarətlə bağlı ittihamlarını davam etdirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, prezident bu məsələyə “G7” sammitində çıxışı zamanı toxunub. O, Avropalı tərəfdaşlarına və Kanadaya ciddi mesaj göndərib.

O qeyd edib ki, faktiki olaraq ABŞ hal-hazırda tərəfdaşları tərəfindən istifadə olunur.

“Kanada hər il ABŞ-la ticarətdən 100 milyard dollar qazanır. Avropalı tərəfdaşlarımız da bizdən çox şey qoparırlar. Hər il Avropanın bizdən ticarətdə 151 milyard dollar profisit əldə etdiyini görə bilərsiniz. Bağışlayın, ancaq biz artıq nə düşmənlərə, nə də əməkdaşlarımıza bizdən istifadə etmələrinə şərait yaratmayacağıq”, - deyə o sözlərinə əlavə edib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   NATO  


Bizi "telegram"da izləyin