Almatıda KTMT-yə üzv ölkələrin XİN rəhbərlərinin iclası keçirilir

2018/06/default_1528704114.jpg
Oxunub: 1953     15:59     11 İyun 2018    
Qazaxıstanın paytaxtı Almatıda KTMT-yə üzv ölkələrin XİN rəhbərlərinin iclası öz işinə başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə "Ria Novosti" agentliyi məlumat yayıb.

KTMT XİN şurasının hazırkı sədri Qazaxstanın XİN-nin rəhbəri Kayrat Əbdürəhmanovdur. Geniş tərkibli görüşdən sonra KTMT katibi Yuri Xaçaturov və Qazaxstan XİN rəhbəri Kayrat Əbdürəhmanov arasında birgə mətbuat konfransının keçirilməsi gözlənilir.

Görüşün gündəliyinə 12 məsələ daxil edilib. Xarici İşlər nazirləri ümumi təhlükəsizliyin möhkəmləndirilməsində KTMT-yə üzv ölkələrin birgə səylərinin idarə olunması məsələlərini müzakirə edəcəklər.

Tərəflərin, Rusiyanın müəllifi olduğu “Orta və uzaq mənzilli raketlərin məhv edilməsinə dair müqavilə ətrafında yaranmış vəziyyət haqqında” birgə bəyannaməni imzalayacağı da gözlənilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KTMT   XİN  


Bizi "telegram"da izləyin