Əfqanıstanda terror aktı: 15 polis və hərbçi həlak oldu

2018/06/34543_1528699434.jpg
Oxunub: 2955     14:38     11 İyun 2018    
“Taliban” təşkilatının hücumu nəticəsində Əfqanıstanın 15 təhlükəsizlik xidməti əməkdaşının öldürüldüyü bildirilir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə ilə bağlı rəsmi açıqlama Əfqanıstan Müdafiə Nazirliyindən verilib.

Bəyanata əsasən öldürülən 15 qulluqçunun 10-nu polis, 5-i hərbçi olub. Açıqlamada bildirilib ki, “Taliban” yaraqlıları orduya məxsus tankları mühasirəyə alıb və atəş açıblar.

Qeyd edək ki, qarşıdurmadan dərhal sonra nəzarəti gücləndirmək və təhlükəsizliyi təmin etmək məqsədilə bölgəyə əlavə hərbi birləmələr gətirilib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əfqanıstan   Terror   Taliban  


Bizi "telegram"da izləyin