Ermənistanda hərbi xidmət haqqında qanunlarda düzəlişlər layihəsi təsdiqləndi

2018/06/435345_1521006388_1524842777_1528568783.jpg
Oxunub: 3349     02:20     10 İyun 2018    
Ermənistan hökuməti hərbi xidmət haqqında qanunlarda düzəlişlər layihəsini təsdiqləyib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan hökuməti tərəfindən "Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında", "Müəyyən edilmiş qaydanı pozaraq məcburi hərbi xidmətdə olmayan vətəndaşlar haqqında" və "Alternativ xidmət haqqında" qanunlarına əlavə və dəyişikliklər edilməsi haqqında qanun layihəsi qəbul edilib.

Ermənistan müdafiə nazirinin müavini David Paxçanyan bildirib ki, ilk növbədə, konstitusiya dəyişikliklərinə əsasən, məcburi hərbi xidmətə çağırış zamanı və ya azad olunma halında vətəndaş barədə qərar qəbul etmə prosesi yenidən nəzərdən keçirilməlidir.

"Hərbi xidmətə geri qayıtma müraciətləri müdafiə nazirliyi nəzdində komissiya tərəfindən nəzərdən keçiriləcək. Komissiyanın nəticəsini nəzərə alaraq nazir özü vətəndaşın nə qədər cərimə ödəməsi barədə qərar verəcəkdir", - deyə Paxçanyan bildirib.

"Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında" qanuna əsasən möhlət hüququ və ya hərbi xidmətdən azad olma barədə qərar isə tibb komissiyasının rəyi əsasında Ermənistan müdafiə nazirinin əmri ilə tənzimlənəcək.

"Müəyyən edilmiş qaydanı pozaraq məcburi hərbi xidmətdə olmayan vətəndaşlar haqqında" qanun 2003-cü ildən qüvvədədir. Xaricə gedən və hərbi xidmətdə olmayan, 27 yaşı tamam olmuş Ermənistan vətəndaşları hər bir buraxılmış çağırış üçün 200 min dram (təxminən 420 dollar) ödəməlidirlər. Yekun olaraq 18 yaşından 27 yaşınadək hərbi xidmətdən yayınan hər bir vətəndaş ümumilikdə 7.5 min ABŞ dolları ödəniş etməlidir. Qanuna görə, hərbi xidmətdə olmayan Ermənistan vətəndaşları 2019-cu ilin sonunadək geri, Ermənistana qayıda bilərlər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   hərbi-xidmət  


Bizi "telegram"da izləyin