Amerikalı təlimatçılar Ermənistana müasir hərbi texniki vasitələr veriblər

2018/06/1_1528535286.jpg
Oxunub: 4342     17:03     09 İyun 2018    
Amerikalı təlimatçılar keçirdikləri kurs müddətini başa vurduqdan sonra müasir hərbi texniki vasitələri Ermənistan ordusuna təhvil veriblər.

Ordu.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan müdafiə nazirliyi yayıb.

Ermənistanın sülhməramlı briqadasının “Zar” təlim mərkəzində amerikalı təlimatçıların dəstəyi ilə partlayıcı vasitələrin aşkarlanması və zərərsizləşdirilməsinə dair 1-ci dərəcəli mütəxəssislərin hazırlanması üzrə kurs keçirilib.

Məlumata görə, kürs müddəti 3 həftə olub. Kurs başa çatdıqdan sonra ABŞ Silahlı Qüvvələrinin Avropa komandanlığı tərəfindən kurs müddətində tətbiq edilən müasir texniki vasitələr Ermənistan müdafiə nazirliyinə təhvil verilib.





Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   ABŞ   Hərbi-vasitələr  


Bizi "telegram"da izləyin