"Ordumuzda əsasən tibb sahəsindən şikayətlər edilir" - Tatoyan

2018/06/45645_1528461039.jpg
Oxunub: 4348     20:27     08 İyun 2018    
"Ermənistan ordusunda tibbi müayinə və müalicə sahəsi şikayətlərin əsas hissəsini təşkil edir".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə bu gün Ombudsmanın hesabatını təqdim edən Arman Tatoyan bildirib.

Tatoyan, Ermənistan ordusunda tibbi müayinə və müalicə sahəsinin şikayətlərin əsas hissəsini təşkil etdiyini və bu sahəyə nəzarətin artırılması zərurətini qeyd edib.

Qeyd edək ki, Ermənistan İnsan Haqları Müdafiəçisinin məruzəsinin hərbi qulluqçulara aid olan hissəsi "Silahlı qüvvələrdə insan haqlarının müdafiəsi" başlığı altında yerləşdirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Tibb   Şikayət   Ombudsman  


Bizi "telegram"da izləyin