Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistanın təhlükəsizlik xidməti tərəfindən müdafiə nazirliyinin əməkdaşı kimi təqdim olunan qadının ayrı-ayrı şəxslərdən hərbi xidmətdən azad edilmələri müqabilində pul toplaması faktı aşkar edilib və qeyd olunan qadı həbs edilib.
Məlumata görə, müxtəlif vaxtlarda Nvard Osipyan müdafiə nazirliyinin hərbi hospitalının, bəzən nazirliyin nəzarət idarəsinin əməkdaşı kimi təqdim olunaraq, valideynlərdən övladlarının hərbi xidmətdən azad edilməsi, xidmət yerinin təyinatı müqabilində aldatma yolu ilə külli miqdarda pul toplayıb.
Ümumilikdə heç bir yerdə işləməyən Nvard Osipyan 2017-2018-ci illər ərzində aldatma yolu ilə 20.400 ABŞ dolları əldə edib.
Araşdırma aparılır.
Alpər Mövludoğlu
Ordu.az