Ermənistanda məhkəmənin bağında silahlı qarşıdurma baş verib

2018/06/435435_1528456939.jpg
Oxunub: 1596     19:33     08 İyun 2018    
Ermənistanda Qeğarkunik vilayətinin məhkəməsinin bağında silahlı qarşıdurma baş verib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistanın Qeğarkunik vilayətinin başçısının müavini Andranik Hakobyanın oğlu, Hayk Hakobyanın qalmaqallı ölümündən sonra bu gün keçirilən məhkəmədən öncə vilayətin məhkəmə binasının bağında silahlı qarşıdurma baş verib.

Saat 11:50-də Sevan şəhər məhkəməsinin bağında silahlı qarşıdurma olduğu barədə polisə məlumat daxil olub. Baş verən silahlı qarşıdurma nəticəsində vilayət rəhbərinin müavini Andranik Hakobyanın əmisi oğlu, 63 yaşlı Qeğarkunik vilayət Noratus kənd sakini odlu silah yaralanması ilə həkimə müraciət edib.

Hadisənin araşdırılmasına polis orqanları cəlb edilib.

Qeyd edək ki, vilayətinin başçısının müavini Andranik Hakobyanın oğlu, Hayk Hakobyanın ölüm işi üzrə həbs edilən həmkəndlisi Mexak Harutyunyanın məhkəmə prosesi daim gərgin şəraitdə keçirilir.


Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Silahlı-qarşıdurma  


Bizi "telegram"da izləyin