Mnatsakanyan Lavrovla hərbi əməkdaşlığı müzakirə edib

2018/06/23423_1528448199.jpg
Oxunub: 4121     16:54     08 İyun 2018    
"Bu məsələ bizim izlədiyimiz hərbi əməkdaşlığın müxtəlif formalarına aiddir".

Ordu.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan "Kommersant"a müsahibəsində bildirib.

Jurnalistin "Rusiya Xarici İşlər naziri Sergey Lavrovla görüşdə Rusiya ilə Azərbaycan arasında hərbi-texniki əməkdaşlıq müzakirə olundumu?" sualına Mnatsakanyan bu şəkildə cavablandırıb.

"Bu məsələ bizim izlədiyimiz hərbi əməkdaşlığın müxtəlif formalarına aiddir. Biz nədənsə narahat olduğumuzda, bu məsələni qaldırırıq... Və biz bunu iki tərəfdaş olaraq müzakirə edirik", - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mnatsakanyan-Lavrov   Hərbi-əməkdaşlıq  


Bizi "telegram"da izləyin