İki həftə davam edəcək "Saber Strike 2018" (Qılınc Zərbəsi) təlimlərində 19 ölkədən 18 min əsgər və 5000 ədəd texnika iştirak edəcək. Ad təsadüfi seçilməyib: təlimlərdə "təcavüzkar" ölkənin təzyiqlərinin, çevik qüvvələrin "qılınc zərbəsi" ilə kəsilməsi nəzərdə tutulur.
Təlimlərin əfsanəsi belədir: Bundesverin Çevik Qüvvələrinin birləşmələri sürətlə hücum edən şərti düşmənə qarşı hərəkət edərək, nəqliyyat kommunikasiyalarını, yol qovşaqlarını, körpüləri və bərələri nəzarət altına alaraq əsas qüvvələrin gəlməsinə qədər onları əldə saxlayır.
Bu ssenarinin realizmi sadə bir səbəblə şübhə doğurur. Rusiya Baltik respublikalarına hücum etməyə hazırlaşmır. Birincisi, NATO üzvü olan ölkələrə hücum etmək Rusiyanın maraqlarına uyğun deyil, ikincisi isə onlara Moskvanın ehtiyacı yoxdur. Onlar heç bir xüsusi maraq kəsb etmirlər. Hal-hazırda mövcud qarşıdurma səbəbiylə, Baltik limanları Rusiyanın lojistik sxemlərindən tamamilə kənarlaşdırılıb. Müstəqillik qazandıqdan sonra Baltik respublikalarında qalan Sovet sənayesinin qalıqları tamamilə məhv edilib. Əvəzində Avropa sənayeləşdirilməsi aparılır. Bu baxımdan onlar Rusiya sənayesi uçun maraq kəsb etmir.
Bu bölgənin strateji əhəmiyyətinə gəldikdə isə Rusiyanın qərb forpostu rolunu Kalininqrad vilayəti müvəffəqiyyətlə icra edir. Əslində, Rusiya eksklavının Qərbin Baltik Respublikalarını daimi gərginlik və hətta döyüş əməliyyatları teatrına çevirmək üçün əsas səbəb olduğunu ehtimal etmək üçün bütün şərtlər mövcuddur.
Bu mənada Amerikanın nüfuzlu "National Interest" nəşrinin hərbi quruluş və geosiyasət məsələlərini əhatə edən yazısı çox dəyərlidir. Gələcək təlimlər ərəfəsində jurnal "dişlərinə qədər silahlanan Kalininqrad bölgəsinin" NATO-nun ən pis kabusu olduğunu bildirir.
Baltik Donanmasının bütün Polşa Donanmasından daha güclü olduğunu vurğulayan müəllif qeyd edir ki, Rusiyanın "İsgəndər-M" raketləri və donanma gəmiləri regionda ABŞ və Avropa ölkələrinin əsgəri qüvvələrinin fəaliyyət radiusunu əhəmiyyətli dərəcədə azaldır. Bundan əlavə, bölgədəki çoxsaylı hərbi aerodromlar HKQ-nin tam potensialını, o cümlədən X-55 və X-101 qanadlı raketlərini istifadə etməyə imkan verir.
Kalininqrad qruplaşmasının "Axilles dabanı" onun Rusiya Federasiyası ərazisindən uzaq duşməsindədir.
Bölgə ilə bütün quru əlaqələr Litva ərazisindən keçir. Kalininqradın blokadaya alınması Rusiyanı çox çətin vəziyyətdə qoya bilər. Ən pis variantda Rusiya rəhbərliyi bir dilemma qarşısında qala bilər. Rusiya, ya Qərbin diktə etdiyi şərtləri qəbul etməli (məsələn vilayətin hərbsizləşdirilməsi və ona sərbəst statusun verilməsi), ya da etibarlı nəqliyyat dəhlizinin yaradılmasına üstünlük verilməlidir.
ABŞ və NATO müəyyən şərtlər altında belə bir dəhlizin yaradılması üçün Rusiyanı təhrik edir. Aydındır ki, bunun ardından Moskvaya qarşı birbaşa təcavüz ittihamı irəli sürüləcək. Bəlkə də Rusiyaya qarşı müharibə elan etmək üçün əsas kimi (casus belli) bu faktdan istifadə ediləcək. Məsələn, "qış müharibəsi" SSRİ-ni təcrid etmək üçün ona qarşı istifadə olundu. Xatırladaq ki, Kalininqrad regionu yalnız Rusiyanın hərbi bazaları deyil, eyni zamanda, bir milyondan çox vətəndaşının yaşadığı vilayətdir.
Əlbəttə ki, Rusiyanın eksklavı və onu böyük torpaqla bağlayan kommunikasiyaları beynəlxalq hüquqla qorunur. Lakin görürük ki, bu gün ABŞ və onların peykləri hər hansı qanun və müqavilələri asanlıqla pozurlar. Beləliklə, Rusiyanın rəqiblərinin qaydalara uyğun oynayacağı ümidi çox da böyük deyil.
Məqalə müəllifinə görə, narahatlıq doğuran faktlardan biri də son bir neçə ildə Qərb blokunun dünya ictimaiyyətini Rusiyanın Baltik dövlətlərini təhdid etməsi və onları işğal etmək niyyətində olduğuna inandırmasına cəhd etməsidir.
"Saber Strike" kimi təlimlər yalnız hərbi məqsədlər daşımır. Onların vəzifəsi Rusiyanı qarşılıqlı addımlar atmağa, ölkənin şimal-qərb sərhədlərini gücləndirməyə yönəltməkdir. Sonra isə bu addımlar təcavüzkar niyyətlər kimi təqdim edilə bilər.
Bu uzunmüddətli informasiya və psixoloji müharibənin nəticəsi, bütün dünya ictimaiyyəti tərəfindən olmasa da, ən azından Qərb tərəfindən, "Rusiyanın genişləndirilməsinin" qarşısını almağı özündə ehtiva edən tədbirlərin həyata keçirilməsinə səbəb ola bilər. Kalininqrad bölgəsinin qeyd olunan blokadası da bu tədbirlərin tərkib hissəsi ola biləcəyi istisna deyil.
Əslində, bu qərarın elan oluna biləcəyi təhdid də Rusiyaya təzyiq etmək üçün istifadə edilə bilər. Rusiya prezidenti Vladimir Putin dəfələrlə Baltik ölkələri də daxil olmaqla Qərbi bu hərəkətlərlə Moskvanın "qırmızı xətti"ni keçməməyə çağırıb. Lakin, bu müraciətin eşidilməsi və Rusiyanın maraqlarına hörmət etmək üçün yalnız "qırmızı xətti" təyin etmək azdır.
Məlumat Boris Cereliyevskinin yazıları əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az