RAND eksperti: Koreya konflikti ABŞ-ın təhlükəsizliyinə təhdid yaradır

2018/06/3453_1528120429.jpg
Oxunub: 2263     21:52     04 İyun 2018    
RAND Korporasiyasının birinci dərəcəli siyasi eksperti olan Maykl Mazarr “UPI”ə bildirib ki, Şimali Koreyada qeyri-sabitliyin davam etməsi ABŞ hərbi təhlükəsizliyinə ciddi təhdiddir və yarımadada potensial münaqişənin həlli ilə bağlı atılan addımlar gərginliyin azalması üçün önəmli bir səbəbdir.

Mazarr telefonla keçirilən müsahibəsində deyib ki, onun araşdırmaları gərginliyin azalması üçün faydalı ola bilər.

Qeyd edək ki, Mazzarın araşdırmalarının nəticələri Prezident Donald Trampın Şimali Koreya ilə danışıqların ən qızğın dönəminə təsadüf gəlməsi heç də bu işin əhəmiyyətinə kölgə salmır.

Koreya Yarımadasındakı gərginliklər və Birləşmiş Ştatların regiondakı fəaliyyəti müharibəni qaçınılmaz edir. Mazzar bildirib ki, ABŞ üçün hazırki şəraitdə bölgəyə hərbi qüvvə toplaması və strateji baxımdan sözsahibi olmaq çox çətin bir missiya kimi görünür.

Ekspert əlavə edib ki, ABŞ Müdafiə Departamentinin regionla bağlı bir neçə mümkün variantlarla bağlı qüsursuz şəkildə hazırlanmış planları olmalıdır. Missiyanın əhatə dairəsi olduqca böyükdür. Buna görə də missiyanın planlandığı kimi zamanına uyğun şəkildə keçirilməsi indiki şəraitdə bir o qədər də real görünmür.

İki Koreya arasında görüşlər və Trampla və Kim arasında planlaşdırılan zirvə görüşünün, tam da lazımi ana təsadüf edir”, - deyə siyasi ekspert bildirib.

O, həmçinin Cənubi Koreya prezidenti Mun Jaenin Pxenyan ilə gərginliyi azaltmaq istəməsinin başadüşülən olduğunu əlavə edib: “Şübhəsiz ki, Cənubi Koreya Prezidenti öz dövləti üzərindəki artilleriya təhlükəsini ən qısa zamanda heç bir itki olmadan yekunlaşdırmaq istəyir. Haqqında danışdığımız dövlət Şimali Koreyadır. Əgər onlar hərbi yolu seçsələr on minlərlə mülki vətəndaşın həyatı təhlükə altına girmiş olar. Onların əlində hər an istifadə edə biləcəkləri raket başlıqları ilə dəstəklənmiş kifayət qədər kimyəvi silah mövcuddur”.

O həmçinin məsələnin ABŞ üçün əhəmiyyətinə də diqqət yetirmək üçün bildirib ki, Pxenyanın passiv-aqressiv yanaşması Pentaqonda yumşaq qarşılanmır.

“Şimali Koreya bizim ən labüd təhdidimiz olaraq qalır. Buna görə də, ABŞ-a çata biləcək nüvə imkanına maik raketləri olan Şimali Koreya qəbuledilməzdir”, - deyə ötən həftə ABŞ-ın Sakit okean komandanlığının sabiq komandiri admiral Harri Harris bildirib.

ABŞ-ın Cənubi Koreyaya yeni səfiri təyin edilən Harris ABŞ-ın Sakit okean filotiliyasında böyük komandanlıq təcrübəsinə malikdir. O, 2014-cü ildə Cənubi Koreya hökuməti tərəfindən xidmətlərinə görə, Tong-il medalı ilə təltif edilib. Onun Şimali Koreyaya qarşı sərt yanaşmasına baxmayaraq, Harrisin təyinatı gərginliyin artmasına səbəb olmadı.

“Admiral Harris regionda hörmət olunan şəxsdir. O, regionu çox yaxşı tanıyır və burada yaxşı əlaqələri var. Üstəlik bu vaxta qədər onun təyinatı ilə bağlı qeyri-adi nəsə yazı görməmişəm”, - deyə Mazar bildirib.

Sinqapurdakı sammit ayın 12-ə planlaşdırılsa da, Harrisin sözlərinin həmin vaxtadək təsdiqlənəcəyi mümkün görünmür.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   ABŞ  


Bizi "telegram"da izləyin