ABŞ hərbi qüvvələri Şimali Koreyaya yerləşdirilməlidir – MÖVQE

2018/06/456456_1528119655.jpg
Oxunub: 4104     21:39     04 İyun 2018    
Birləşmiş Ştatlar hərbi qüvvələri sülh sazişindən sonra müəyyən müddət ərzində Şimali Koreyada qalmalıdır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, iyunun 12-də Sinqapurda gerçəkləşdiriləcək zirvə görüşü 1950-ci ildən bəri davam edən Koreya probleminin həllində yekun nöqtə ola bilər.

Məsələ ilə bağlı münasibət bildirən Cənubi Koreya ordusunun zabiti An Çeol So bildirib ki, ABŞ gərək öz hərbi qüvvələrini sülh sazişinin ardından Şimali Koreyada yerləşdirsin. Şimali Koreyanın nüvəsizləşmə prqoramının tam şəkildə həyata keçirilməsini təmin etməkdən ötrü bu addımın atılmasına ehtiyac var.

So eyni zamanda onu da qeyd edib ki, bu onun şəxsi yanaşmasıdır və heç bir rəsmi tərəfin mövqeyini əks etdirmir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   KXDR   Hərbi-baza  


Bizi "telegram"da izləyin