Rusiya yeni pilotların təlimində Suriyadakı təcrübədən istifadə edir

2018/06/456456_1528118969.jpg
Oxunub: 1534     00:30     05 İyun 2018    
Rusiya Aerokosmik Qüvvələri Suriyadakı əməliyyatlardan əldə edilən döyüş təcrübəsindən yeni pilotların təlimində istifadə edir.

Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Aerokosmik Qüvvələrin komandiri Sergey Surovikin bildirib.

“Bütövlükdə Aerokosmik Qüvvələrin yay təlimlərinin cədvəli artıq hazırlanıb. O, silah və hərbi texnikaların çatdırılması, nəzarət sisteminin təkmilləşdirilməsi, kəşfiyyat və radio-elektron müharibəni əhatə edəcək və Suriyadakı xüsusi əməliyyat təcrübəsindən istifadə ediləcək”, - deyə Surovikin qeyd edib.

O bildirib ki, qış ərzində müxtəlif səviyyəli 100-dən çox təlim həyata keçirilib.Yaxın günlərdə isə Vostok-2018 geniş miqyaslı hərbi təlimlərə start veriləcək.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Pilotlar   Suriya  


Bizi "telegram"da izləyin