Terrorçular Colanda SQQ-nin mövqelərinə hücum edib

2018/06/345345_1528118851.jpg
Oxunub: 3283     21:25     04 İyun 2018    
“Təhrir əş-Şam” terrorçuları Suriya Quru Qoşunlarının Colan təpələri yaxınlığındakı mövqelərinə qarşı hücum həyata keçiriblər.

Ordu.az “Al-Masdar” agentliyinə istinadən xəbər verir ki, bu barədə orduya yaxın mənbələr bildirib.

Məlumata görə, terrorçular hücum zamanı hökumət qüvvələrinə artilleriya mərmiləri atıblar.

Hücuma cavab olaraq ordu terrorçulara bir neçə raket zərbəsi endirib. İtkilərlə bağlı dəqiq məlumat yoxdur.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Colan   SQQ   Terror  


Bizi "telegram"da izləyin