Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, yerli vaxtla günorta saat 3 radələrində ABŞ Donammasına məxsus qırıcılar Yaponiyanın Kaqoşima prefekturasında yerləşən Amami Aeroportuna təcili eniş etməli olublar.
Enişə səbəb kimi qırıcılarda baş verən nasazlıq göstərilsə də, hələki ABŞ tərəfdən rəsmi bir açıqlama verilməyib.
Hadisə nəticəsində ölən və yaralanan olmayıb. Həmçinin, mülki uçuşların proqramında da heç bir dəyişiklik olmayıb.
Dəyanət Ağalarlı
Ordu.az