Ordu.az Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) yeni hesabatına istinadən xəbər verir ki, 2017-ci ildə dünya hərbi xərcləri həmin il ərzində öncəki ilə nəzərən, 1,1 faiz marjinal bir artımla 1 trilyon 739 milyard dollara qədər yüksəlib.
Çinin hərbi xərcləri 2017-ci ildə yenidən böyüyərək, xərclərin artım tendensiyasını davam etdirir və bu hal 20 ildən çoxdur davam edir. Rusiya hərbi xərcləri 1998-ci ildən bəri ilk dəfə düşüb, ABŞ-ın xərclənməsi isə ikinci ardıcıl il üçün sabit qalıb. Çin, Asiya və Okeaniyada xərcləmə artımını davam etdirir. Asiya və Okeaniyada hərbi xərclər ardıcıl olaraq 29-cu il üçün artım tendesiyasını davam etdirib. Çin, dünya miqyasında hərbi xərclərin miqdarına görə ikinci olub. Çinin hərbi xərcləri 5,6 faiz artaraq 2017-ci ildə 228 milyard dollara çatıb. Çinin dünya hərbi xərclərindəki payı, 2008-ci ildə 5.8 faizdən 2017-ci ildə 13 faizə yüksəlib.
Hindistan 63,9 milyard dollar xərcləyib. 2017-ci ildə 2016-cı ilə nisbətən 5,5 faiz artımla Cənubi Koreyanın xərcləri 39,2 milyard dollar olaraq, 2016 ilə nisbətən 2017-ci ildə 1,7 faiz artıb.
Hesabatda, 1999-2011-ci illərdə 13 il sonra artan və 2012-ci ildən 2016-cı ilə nisbətən dəyişməz xərclərdən sonra 2017-ci ildə ümumi qlobal hərbi xərclər yenidən artdığı bildirilir.
Qeyd edək ki, 2017-ci ildə hərbi xərclər qlobal ümumdaxili məhsulun 2.2 faizini təşkil edib. Son illərdə dünya hərbi xərclərinin artması əsasən Asiya, Okeaniya və Yaxın Şərq ölkələri, məsələn, Çin, Hindistan və Səudiyyə Ərəbistanı kimi ölkələrin xərclərinin əhəmiyyətli dərəcədə artmasına səbəb olub.
Dəyanət Ağalarlı
Ordu.az