Rusiya Aerokosmik qüvvələri müasir təlim simulyatorunu əldə edib

2018/06/5345_1528112697.jpg
Oxunub: 1561     19:43     04 İyun 2018    
Rusiyanın Aerokosmik Qüvvələri müxtəlif növ döyüş təyyarəsi üçün nəzərdə tutulan təlim sistemlərinin qəbuluna başlayıb.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Aerokosmik Qüvvələrin komandiri Sergey Surovikin bildirib.

Onun sözlərinə görə, Aerokosmik Qüvvələrin əldə etdiyi yeni təlim simulyatorları birinci sinif mütəxəssislərin hazırlanmasında istifadə olunacaq.

Yeni simulyatorlarla S-400 havadan müdafiə sistemlərinin, Mi-28N, Ka-52 helikopterləri, Su-34 bombardmançılarının təlimlərini həyata keçirmək mümkün olacaq.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Su-34  


Bizi "telegram"da izləyin