Donbasda separatçılar 27 hücum edib: 1 ölü

2018/06/234234_1528097424.jpg
Oxunub: 3116     15:28     04 İyun 2018    
Ukraynanın şərqindəki separatçı qüvvələr 27 dəfə atəşkəsi pozaraq Ukrayna ordusunun mövqelərinə hücumlar edib.

Ordu.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ukraynanın Birləşdirilmiş Qüvvələr Əməliyyatı məlumat yayıb.

Məlumatda deyilir ki, separatçılar gecə ərzində 120 və 82 mm-lik minaatanlardan və 122 mm-lik artilleriya sistemlərindən istifadə ediblər.

Talakivka kəndinə 152 mm-lik pulemyotlardan atəş açılıb. Kəndə azı 3 mərminin düşdüyü bildirilir. Ordunun cavabı nəticəsində separatçılardan bir nəfər məhv edilib, Ukrayna tərəfdən isə heç bir itki baş verməyib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Donbas   Ukrayna  


Bizi "telegram"da izləyin