Bomba partlayışında 4 İraq əsgəri həlak olub

2018/06/120220010645-iraq-police-car-bombing-horizontal-large-gallery-728x410_1527959872.jpg
Oxunub: 2154     01:16     03 İyun 2018    
İraqın Səlahuddin vilayətinin şimalında baş verən partlayış nəticəsində azı dörd əsgər həlak olub.

Ordu.az "İraqi News" agentliyinə istinadən xəbər verir ki, bu barədə təhlükəsizlik qüvvələrinə yaxın mənbə bildirib.

Məlumata görə, bomba ilə partladılan maşındakı əsgərlər əl-Hakna kəndinin müdafiəsinə gedirlərmiş.

Partlayışdan dərhal sonra yaralanan dörd əsgər yaxınlıqdakı hospitala çatdırılsalar da, onların həyatını xilas etmək mümkün olmayıb.

Partlayışı kimin törətdiyi müəyyən edilməsə də, əsasən, İŞİD-dən şübhələnilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İraq   Terror   İŞİD  


Bizi "telegram"da izləyin