Türkiyənin 2 əsgəri şəhid olub

2018/06/144684654534_1522146186_1527958827.jpg
Oxunub: 4122     00:58     03 İyun 2018    
PKK terrorçularının İraqın şimalında həyata keçirdiyi hücum nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 2 əsgəri həlak olub, 1 əsgər isə yaralanıb.

Ordu.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə TSQ Baş Qərargahı yazılı bəyanat yayıb.

Bəyanatda bildirilir ki, bölgədə yol tikintisi işlərini mühafizə edən hərbi texnikaya qumbaraatanla hücum edilib, nəticədə 2 əsgər şəhid olub, 1 əsgər yaralanıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   PKK   Terror  


Bizi "telegram"da izləyin