Əfqanıstanda 17 İŞİD terrorçusu məhv edilib

2018/06/5698484613_1527937178.jpg
Oxunub: 3683     18:50     02 İyun 2018    
Əfqanıstanın şərqindəki Nənqərhar vilayətinin Hasaki Minə bölgəsində İŞİD-ə mənsub 17 terrorçu zərərsizləşdirilib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, bölgədə havadan və qurudan aparılan əməliyyatlar nəticəsində 17 terrorçu məhv edilib. Eyni zamanda bir mülki şəxs həlak olub, beşi isə yaralanıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əfqanıstan   İŞİD   Terror  


Bizi "telegram"da izləyin