Ordu.az “The Hill”ə istinadən xəbər verir ki, bu barədə məsələ ilə yaxından əlaqəsi olan iki adı çəkilməyən mənbə bildirib.
ABŞ-ın ən etibarlı raketdən müdafiə sistemləri kimi qəbul edilən THAAD-ların Almaniyaya yerləşdirilməsi Avropa müdafiəsini gücləndirə bilər. Xüsusilə İran nüvə sazişi ilə bağlı qeyri-müəyyənlik və Rusiyaya ilə gərginlik yaşandığı bir vaxtda bu xəbər ciddi əks-səda doğurub.
Lakin Pentaqonun mətbuat katibi Erik Pahon iddiaları təkzib edərək bildirib ki, THAAD-ların Almaniyaya yerləşdirilməsinə dair cari plan yoxdur: “Biz potensial düşmənçilik istəmədiyimizə görə, belə bir gələcək hərbi planlaşdırmanı müzakirə etmirik. Almaniya ən yaxın partnyorlarımız və ən güclü müttəfiqlərimiz arasında qalmaqdadır”.
Ağalar Ağalarlı
Ordu.az