Ordu.az xəbər verir ki, bu barədə Pakistanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
"Pezeşkianı nazirlər və digər yüksək rütbəli rəsmilərin də daxil olduğu yüksəksəviyyəli nümayəndə heyəti müşayiət edəcək", - XİN-in məlumatında bildirilib.
Səfər zamanı M. Pezeşkianın Ş. Şəriflə danışıqlar aparacağı qeyd olunub. Pezeşkianın Pakistana sayca ikinci səfərində əsas müzakirə mövzusu ABŞ ilə İslamabad Anlaşma Memorandumunun imzalanmasından sonra davam edən diplomatik təmaslar, eləcə də qarşılıqlı maraq doğuran regional və beynəlxalq proseslər olacaq:
"Səfər əsnasında tərəflər ikitərəfli əlaqələrin tam spektrini nəzərdən keçirəcək və ticarət, enerji, sərhəd təhlükəsizliyi və regional əlaqələr daxil olmaqla, müxtəlif sektorlar üzrə əməkdaşlığı daha da dərinləşdirmək üçün yeni yolları araşdıracaqlar".
***
İran Prezidenti Məsud Pezeşkian iyunun 23-də Pakistana səfər edəcək.
Ordu.az xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Həbib Abbasiyə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, səfərin bir gün davam edəcəyi gözlənilir.
Abbasi bildirib ki, səfərin əsas məqsədlərindən biri İran və ABŞ arasında aparılan danışıqlarda Pakistanın vasitəçilik səylərinə görə rəsmi İslamabada təşəkkür etməkdir.
Səfər çərçivəsində İran və Pakistan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələləri də müzakirə olunacaq.
Tərəflərin ticarət, enerji və regional əməkdaşlıq sahələrində yeni imkanları nəzərdən keçirəcəyi bildirilir.
Sevinc Əliyeva
Ordu.az