Səudiyyədən Qətərə müharibə xəbərdarlığı

2018/06/489466584684_1527916085.jpg
Oxunub: 3942     13:07     02 İyun 2018    
Səudiyyə Ərəbistanı Qətərin Rusiyadan S-400 raketdən müdafiə sistemləri alacağı təqdirdə hərbi tədbirlər görəcəyinə dair xəbərdarlıq edib.

Ordu.az RT-ə istinadən xəbər verir ki, bu barədə Fransanın “Le Monde” xəbər agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, Səudiyyə Ərəbistanının kralı Salman ibn Abdullah məsələ ilə bağlı Fransa rəhbərliyinə məktub yazıb. Məktubda kral Doha və Moskva arasındakı S-400 danışıqlarından dərin narahatlığını ifadə edib.

Ər-Riyad Dohanın Rusiyadan həmin havadan müdafiə sistemlərini almasının Qətərin Fars körfəzindəki qonşularının milli təhlükəsizliyinə təhdid yaradacağını bildirib. Məktubda buna görə də, Krallığın həmin müdafiə sistemlərini zərərsizləşdirmək üçün zəruri olan hər cür tədbirləri, həmçinin hərbi akt da edə biləcəyi qeyd edilib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Səudiyyə-Ərəbistanı   Qətər   S-400  


Bizi "telegram"da izləyin