ABŞ HHQ yeni gəmi əleyhinə raketi sınaqdan keçirib

2018/05/169784698458_1527775243.jpg
Oxunub: 3507     22:37     31 May 2018    
ABŞ Hərbi Hava Qüvvələri B-1B supersəs bombardmançıları vasitəsilə uzaq mənzilli gəmi əleyhinə raketi (LRASM) sınaqdan keçirib.

Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, raket ABŞ-ın Müdafiə üzrə Qabaqcıl Tədqiqat Layihələri Agentliyi tərəfindən təkmilləşdirilib.

B-1B bombardmançıları sınaq zamanı iki ədəd raket atıb və bu raketlər hədəfi dəqiq vurub. Havadan atılan bu raketlər əsasən avtonom xüsusiyyətlərə sahibdir. Onlar atıldıqdan sonra gəmini özləri izləyə və vura bilir.

Raketin istehsalını həyata keçirən “Lockheed Martin” ilk öncə bu il ərzində bu raketləri B-1B, gələn il isə F/A-18 “Super Hornet”lərə quraşdıracaq.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   B-1b   "Super-Hornet  


Bizi "telegram"da izləyin