Ordu.az “Washington Examiner”ə istinadən xəbər verir ki, “Lockheed”in icraçı direktoru Merlin Hyuson isə F-35 layihəsinin gələcəyi ilə bağlı nikbin fikirdədir.
O bildirib ki, son dövrlərdə F-35 “Lightning II” ilə bağlı bir çox neqativ xəbər başlıqları görünsə də, narahatlığa əsas yoxudr. Onun sözlərinə görə, təyyarələrdə üzə çıxan mexaniki problem elə də ciddi deyil və tezliklə aradan qaldırılacaq.
Digər məsələ isə Türkiyə ilə bağlıdır. “Lockheed”in bu il ərzində ABŞ-a satacağı F-35-ləri dəqiqləşdirməyə yaxın olduğu görünür. Belə ki, bu yaxınlarda Senatın Silahlı Xidmətlər komitəsi tərəfindən təsdiqlənən müdafiə büdcəsində təqribən 8 milyard dollar dəyərində 75-77 təyyarənin alınması göstərilib.
Lakin eyni büdcə layihəsində Türkiyədəki Amerika vətəndaşı Andrü Brunsonun azad edilməsinə qədər F-35-in Türkiyəyə satılmasına qadağa qoyulur. Türkiyə 100 ədəd F-35 almağı planlaşdırır. Türkiyə sadəcə F-35-in müştərisi deyil, həm də onun 10-dan çox şirkəti bu təyyarələrin istehsalında iştirak edir.
Ağalar Ağalarlı
Ordu.az