Cəbhədə enurez xəstəsi olan erməni əsgərlər xidmət edir

2018/05/342_1527182326.jpg
Oxunub: 3822     01:16     25 May 2018    
Erməni əsgərin valideyni, orduda sağlamlıq problemləri ilə xidmət edən oğluna yardım edilmədiyi üçün etiraz edib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, valideyn himayəsindən bir tərəfli mərhum olan İrəvan sakini Ruzanna Qriqoryanın 19 yaşlı oğlu Sarkis Harutyunyan gecələr sidiyini saxlaya bilməmə (enurez) və fiziki cəhətdən zəif inkişaf etmədən əziyyət çəkir.

O, bu ilin yanvar ayında işğal altında olan Ağdərədəki hərbi hissələrdən birinə təyin olunmaqla hərbi xidmətə aparılıb. Hökumət binası qarşısında etiraz aksiyalarına qoşunlan erməni əsgərin anası, oğlunun ordudan təxris edilməsi və ya İrəvana daha yaxın hərbi hissələrdən birinə gətirilməsini xahiş edib.

2015-ci ildə İrəvanın Şenqavit inzibati ərazi komissarlığında aparılan qeydiyyat zamanı çağırışçının 17a bəndinə əsasən müalicəyə ehtiyacı olduğu qeyd edilib.

Helsinki Vətəndaşlıq Assambleyasının Vanadzor ofisinin hüquq müdafiəşisi Armine Sadikyan bildirib ki, həmin maddə çağırışçının fiziki inkişafdan geri qaldığını göstərir və buna əsasən ona hərbi xidmətdən möhlət verilməli idi.

Erməni əsgər anasının sözlərinə görə, bu problemlərə baxmayaraq onun oğlu müalicə olunmayıb və ona möhlət hüququ verilməyib. Onun gecələr sidiyini saxlaya bilməməsini (enurez) Əsgəran və Ağdərədəki komandirləri bilsə də heç bir tədbir görülməyib. Şikayətçi qadın bildirir ki, oğlu fiziki cəhətdən çox balacadır və onun hərbi xidmətə çağırılacağına heç kim inanmırdı.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-əsgər   Enurez   Etiraz  


Bizi "telegram"da izləyin