Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri Birləşmiş Ştatların Müdafiə naziri Ceyms Mettis səsləndirib.
Mettisin sözlərinə görə, bu ölkədəki beynəlxalq qüvvələr bu hücumların və günahsız insanların ölümünü əngəlləmək üçün əllərindən gələnin ən yaxşısını edir və bir çox hücumun da qarşısını almaqda uğurlu olurlar.
"Lakin təəssüf ki, bir andaca bu hücumlar şiddətləndi. Çünki hər bir terror təşkilatı bülletenlərlə qalib gələ bilməyəcəyini anlayır və bombaya əl atır. Elədikləri çox sadədir. Günahsız insanları öldürürlər", - deyə o qeyd edib.
Mettis ABŞ-ın Əfqanıstan xalqının və hökumətinin yanında olacağını, ölkədə siyasi sabitlik bərqərar edilənədək NATO missiyasının davam edəcəyini vurğulayıb.
Ordu.az