Cənab Makronun hansı növdə danışıqlar aparması məlum deyil, lakin bir şey aydındır: "Yeni Dünya Nizamı" çoxqütblü dünyada aydın şəkildə Türkiyə və ABŞ arasında münasibətlərin soyuması və İran İslam Respublikasının nüvə razılaşmasından çıxma ehtimalı fonunda müşahidə edilir. Donald Tramp İİR-lə nüvə razılaşmasının 12 maya qədər "modernləşdirilməsi"ni və əlavələr edilməsini təklif edir. Bu siyahıya 2000 km uzanan dəniz ərazisini tam əməliyyat və strateji baxımdan nəzarətdə saxlayan, Asiya-Sakit okean regionunda ən güclü hərbi-siyasi "oyunçu"ya çevrilən Çini və Suriyada Moskvanın mövqelərinin möhkəmlənməsini də əlavə etmək olar.
Analitiklər hələ on il əvvəl dəfələrlə Qərb ölkələrinin Avrasiya qitəsində tətbiq etdiyi birqütblü ideologiyanın mümkün olmamasına tam ümidsizliklə işarə edirdilər, lakin Qərb bütün struktur sistemlərin inteqrasiyasından imtina etmək qərarına gəldi. Belə ki, alovlu rus əleyhdarı olan MKİ-nin keçmiş rəhbəri və ABŞ Senatının səs çoxluğu ilə təsdiq etdiyi yeni ABŞ dövlət katibi Mayk Pompeo Yaxın Şərq səfərində ilk növbədə Səudiyyə Ərəbistanını, İsraili və İordaniyanı ziyarət etdi. Bundan əvvəl isə Brüsselə səfər etdi. Burada hər şey gün kimi aydındır: ABŞ Dövlət Departamentinin yeni rəhbəri, Suriya Ərəb Ordusunun qarşı aparılacaq hibrid müharibənin iştirakçıları olacaq əsas Yaxın Şərq ölkələrinin liderləri ilə danışıqlar aparacaq və bu addımları da əvvəlcədən NATO qərargahında razılaşdıracaq. Tramp Suriyanın cənub-qərbində (ətrafındakı 55 kilometrlik təhlükəsizlik zonası da daxil olmaqla) geniş miqyaslı əməliyyatlara Səudiyyə Ərəbistanının çoxsaylı və texnoloji cəhətdən hazırlıqlı Kral Silahlı Qüvvələrini cəlb etmək istəyir.
Bu halda İordaniya, Suriyanın Əl-Tənf və Dəra istiqamətinə Səudiyyə Ərəbistanının zirehli və quru qüvvələrini yeritmək üçün bir plasdarma çevrilir. Hava bazaları isə quru birləşmələrini dəstəkləmək üçün istifadə olunacaq. Təbii ki, təchizat və təmir bölmələrini də daha yaxın ərazilərdə yerləşdirmək lazım olacaq. Döyüş şəraitində "şıltaq" "Abrams" ların texniki xidməti çox böyük enerji tələb edir. Təəccüblü deyil ki, bir çox ərazilərə tamamilə ədalətli əsaslarla Suriya Ərəb Ordusunun silahlanmasında olan "Toçka", "Elbrus" taktiki raket kompleksləri və digər artilleriya sistemləri yerləşdiriləcək. Pompeo İordaniya kralı II Abdullah ibn Hüseynlə Suriya ilə hərbi qarşıdurma zamanı İordaniya ərazisindən istifadə haqqında bir çox çətin danışıqlar aparmaq üçün Əmmanı da ziyarət edib.
Bundan əlavə Pompeonun maraqsız olmayan Yaxın Şərq səfəri, Suriya Ərəb Respublikası barədə Vaşinqton planlarını və Trampın "ABŞ silahı doludur və tətik çəkilib" bəyanatını özündə aşkar şəkildə əks etdirir. Bu ifadəni BMT Təhlükəsizlik Şurasındakı ABŞ-ın daimi nümayəndəsi Nikki Heyli Ağ Evin rəhbəri ilə telefon danışığına istinad edərək işlədib. Daha öncə bildirdiyimiz kimi, bu fəaliyyətlər yalnız bir savaş ritorikası ilə məhdudlaşmayacaq. İki həftə öncə ABŞ Hərbi Dəniz Qüvvələrinin güclü daşıyıcı zərbə qruplaşması Aralıq dənizi sularına göndərilib. Atom daşıyıcı gəmisi CVN-75 USS "Harry S. Truman"ın başçılıq etdiyi qruplaşmanın tərkibinə URO USS "Normandy" raket kreyseri, USS "Arleigh Burke", USS "Forrest Sherman", USS "Bulkeley", USS "Farragut", USS "Jason Dunham", USS "The Sullivans" raket esminesləri və Almaniyanın F221 FGS "Hessen" freqatı daxildir.
Bu qruplaşmanın Qərbi Aralıq dənizinə gəlməsi aprelin 27-də, günortadan sonra müşahidə edilib. Bu isə Suriyaya növbəti, daha kütləvi raket hücumunun əsas komponenti kimi zərbə qruplaşmasından istifadə ediləcəyini düşünmək üçün əsas verir.
Diqqətlə bu təyyarə daşıyıcı qruplaşmanın zərbə potensialını qiymətləndirəndə aydın olur ki, raket kreyseri "Normandy" ("Ticonderoga" sinifindən) və 6 ədəd "Aegis" sistemli "Arleigh Burke" esmineslərinin öz universal CPG Mk 41 VLS qurğularında 170-392 ədəd RGM-109E/TLAM-C "Tomahawk" strateji qanadlı raket yerləşdirilə bilər.
Bunlara 154 ədəd SSGN "Ohio" sualtı qayıqlarında yerləşdirilən raketləri, 50 ədəd müasir Britaniyanın "Estyut" raketlərini də əlavə edərsək cəmi 600 ədədi keçir. Yüksək dəqiqlikli bu böyük silah arsenalına 48 ədədən çox F/A-18C/D "Hornet", F/A-18E/F "Super Hornet" göyərtə qırıcılarını da əlavə etsək 800-dən çox hava hücumu vasitəsini saymaq mümkün olacaq. Bunlar tək 27 apreldə Suriya sərhədlərinə gələn ABŞ-a aid zərbə qruplaşmasının imkanlarıdır.
Vaşinqtonun "Aralıq dənizi Hədiyyəsi" üçün asimmetrik cavab olaraq, Moskvanın Dəməşqə S-300 PMU-2 sistemlərini ötürməsi ola bilərdi.
Əvvəlki yazılarda S-300 ZRK-ların "Tomahawk" raketlərinə qarşı imkanları müzakirə edilib. Bu komplekslərin 5N63S və ya 54K6E2 döyüşü idarəetmə mərkəzlərini, "Baykal-1ME" avtomatlaşdırılmış sistemlərinin şəbəkə mərkəzini 5P85SD/E atıcı qurğuları və 30N6-1 / E2 işıqlandırma radarları ilə birlikdə çox operativ şəkildə - cəmi bir neçə dəqiqəyə döyüş vəziyyətinə gətirmək mümkündür.
Bu isə F1S qəbuledici - ötürücülərinin və 30H6 radarlarının sayından asılı olaraq 6, 12, 18, 24 və ya daha çox hədəflərə eyni zamanda hücum etməyə imkan verir.
İndi əvvəlki yazılarda nəzərə alınmayan məqamı nəzərdən keçirək. Bu SƏR-ə endiriləcək gələcək raket zərbəsini minimuma endirmək üçün lazım olan S-300 ZRK sayına aiddir. Hərbi mütəxəssislər arasında bu hesaba dair fikirlər fərqli olaraq bölünür. Məsələn Rusiyalı hərbi ekspert, təqaüddə olan polkovnik və Hərbi Sənaye Komisiyasının ekspert kollegiyasının üzvü Viktor Muraxovski hesab edir ki, Suriya hava hücumundan müdafiə qüvvələrinə optimal konfiqurasiyada hər biri 3 işıqlandırma radarı, 30Н6-1/Е2 tuşlama RLS və 36/48 ədəd 5V55R/48N6E2 raketi buraxmaq imkanı olan 5P85SD/E atıcı qurğulardan ibarət 3-4 ədəd S-300 ZRK divizionu təqdim etmək lazımdır. Onun sözlərinə görə, bu, Suriyada strateji əhəmiyyətli obyektlərin qorunması üçün kifayətdir.
Həqiqətən, bu say Dəməşqdən Xoms seqmentinə qədər ərazidə ölkənin qərb vilayətlərində mühüm inzibati və hərbi obyektləri qismən qorumaq üçün kifayət edəcək. Burada divizionların və ya 30Н6Е2 işıqlandırma radarlarının standart 35-80 kmdən daha çox məsafələrdə dağ silsilələrində yerləşdirilməsi mühüm rol oynaya bilər. Suriya Ərəb Ordusunun ən mühüm strateji obyektləri tək Dəməşq, Sadad, Xoms, Həma və Masyaf ətrafında yerləşmir, həmçinin Homs-Palmira-Həraic və Deyr əz-Zor- Es Sühnə kimi şosselər hərbi təyinatlı yüklərin daşınmasında vacib yer tutur.
Bu obyektlər sırasına T2 və T3 nasos stansiyalarını, həmçinin Əş Şulə və Palmira şəhərlərini də əlavə etmək olar.
Suriya Ordusunun cənub istiqamətində bir neçə eşalondan ibarət HHM sisteminə ehtiyacı olsa da, ABŞ və Britaniya hərbi kontingenti əraziyə yaxın olduğundan bunu həyata keçirmək mümkün deyil. Çünki bu zaman Suriya qüvvələri ABŞ-ın 155 mm M777 qaubitsalaranın və "HIMARS" YARS-larının atəşi altına düşə bilər. Əməliyyatda uğur qazanmaq üçün S-300 PMU-2 divizionu tez və təhlükəsiz qaydada mövqeləri tərk edə bilmir. S-300 PMU-2 komplekslərinin yerləşdirilməsi, yalnız koalisiya və Azad Suriya Ordusu mövqelərindən çox uzaqda, əməliyyat dərinliyində mümkündür.
Suriya ərazisində Ət-Tənf ətrafındakı 55 kilometrlik "təhlükəsizlik zonasın"dan təxminən 100 km məsafədə yerləşən Palmiranın şimal girişində S-300 PMU-2 divizionları rəqib atəşinin təsirindən uzaq, təhlükəsiz bir şəraitdə yerləşdirilə bilər. S-300 komplekslərinin mühafizə edə bilmədiyi "ölü zonaları" bağlayan "Pantsır-S1" sistemləri isə qiymətli zamanlarını sursat və mövqe dəyişdirməyə sərf etməyəcəklər.
Burada da coğrafi bir qəribəlik var. Palmiranın şərq rayonlarında səhralarda dağ və təxminən ona bərabər hündürlükdə böyük bir sayda təpələr var. Əl Şarqiyya Lubnan dominant yüksəkliyindən fərqli olaraq, bu təpələr daim 30N6E kompleksinin Amerika qanadlı raketlərini dəqiq izləməyə və ələ keçirməyə mane olacaq və buna görə də burada fəaliyyət radiusu 30-50 km ilə məhdudlaşacaq.
Suriya ordusunun "üzən" radioüfüqə malik çətin ərazidə səmərəli işləmək üçün 9M82MV ya 96M6DM raketləri ilə təchiz olunan S-300V4 və ya S-350 "Vityaz" ZRK-larına ehtiyacı var. Yalnız bu halda Fərat çayı ətrafinda Suriya ordusunun ön xətt bölmələrini rəqibin artilleriya komplekslərindən əhəmiyyətli təhlükə olmadan qorumaq olar.
Lakin Rusiya tərəfi belə "ekzotik" və qabaqcıl sistemləri Dəməşqə verməyə tələsmir. Buna görə də, 25 apreldə Rusiya Baş qərargahının Baş Əməliyyat İdarəsinin rəisi general polkovnik Rudskoyun bildirdiyi kimi, Fəratın sağ sahilinin mərkəzi və şərq bölgələrin mühafizə etmək üçün Suriyaya yaxın mənzilli "Pantsır-S1" və digər HHM vasitələri veriləcək. Hansı hava hücumundan müdafiə vasitələri barədə müzakirə aparıla bilər?
İlk növbədə, bu "Tor-M2U" və "Tor-M2KM" kimi özüyeriyən zenit-raket sistemləri ola bilər. Bu komplekslər, Qərb koalisiyasının planlarına uyğun olaraq, Fəratın sağ sahilindəki mərkəz, cənub və şərq bölgələrində yerüstü hücum əməliyyatlarında sürətlə dəyişən taktiki vəziyyətdə gözlənilməz halda düşmənin dəqiq silahlarının kütləvi hücumlarını dəf etmək üçün mükəmməl hesab olunur. "Tor-M2U" kompleksinin əsas üstünlüklərindən biri hərəkət zamanı belə hava obyektlərini aşkar edərək izləmək imkanına malik olmasıdır. Komplekslərin REM vasitələrindən mühafizəsi və səmərəliliyi yüksək səviyyədədir, bundan əlavə idarəetmə sisteminə əlavə olaraq, maneələrdən asılı olmayaraq hədəfi koordinat dərəcələrinə görə izləyən elektron nişangah sistemi inteqrasiya edilib. 4 ədəd "Tor-M2U" komplekslərindən ibarət zenit-raket batareyasında əsas vəzifələri UBKP 9S737M "Ranjir-M" vahid batareya komanda məntəqəsi yerinə yetirir.
Bu özüyeriyən komanda məntəqəsi EHM "Baget-21/41" əsasında qurulub və 100 km-də məsafədə taktiki vəziyyəti kompüter şəbəkəsi vasitəsilə batareya komandirinə, radar informasiya emalı operatoruna və radiotelefonçuya ötürür. Bu isə 16 km-ə qədər hədəf ələ keçirmə qabiliyyəti olan "Tor-M2U" kompleksi üçün artıqlaması ilə yetərlidir.
Belə ki, "Tor- M2U" batareyası radioüfüq həddində olan radar ilə qoşalaşan zaman vəziyyət haqqında əldə etdiyindən daha çox tam spektrli məlumatı əldə edə bilir. "Tor M2U" komplekslərinin daha mühüm üstünlüyü, səfər vəziyyətindən döyüş vəziyyətinə qısa zamanda keçə bilməsi (SOTS anten postunun və tuşlama RLS qaldırılması və avtomatlaşdırılan start rejiminin aktivləşdirilməsi) və 9M338K tipli (R3V-MD) yeni yüksək sürətli, manevrli və yığcam idarəolunan zenit raketlərindən istifadə edilməsidir. "Pantsır" kompleksi tam döyüş hazırlığına 5 dəqiqə sərf edir, "Tor" üçün isə təxminən 3 dəqiqə bəs edir. Gözlənilmədən dərhal döyüş vəziyyətinə keçmək üçün komanda verildikdə, bu xüsusiyyət "Tor"lara digər hava hücumundan müdafiə vasitələri üzərində görkəmli üstünlük verir. Burda fərq yalnız 2 dəqiqə görünür, lakin bu müddət ərzində "Tomahawk" raketi 30-35 km qət edir.
İndi yeni raketlər haqqında
9M3338K idarəolunan zenit raketləri QosMKB "Vympel" tərəfindən dizayn edilib və "VMP Avitek" ASC tərəfindən kütləvi istehsal edilir. Bu raketlər əvvəlki 9M331 raketlərindən 20% daha sürətlidir - 2,65M qarşı 3,3M, bu isə komplekslərə imkan verir ki, eyni zaman kəsiyində daha çox hədəf ələ keçirsin. Onun atəş məsafəsi 12-15 km-dən 16 km-ə çatdırılıb, bu AH-64D "Apache Longbow" helikopterlərini atəş məsafəsinə çıxmadan öncə onu atəşlə məhv etməyə imkan verir. Suriya ordusunun bu kompleksi əldə etməsi ABŞ Silahlı Qüvvələrinin ordu aviasiyasının uçuş heyəti üçün real sınaq olacaq. Amma ən maraqlısı bu deyil.
Kiçik EPR-ə sahib hədəfləri belə ələ keçirə bilən PFAR RLS ilə təchiz olunan "Tor" ZRK-nın perspektiv RZV-MD idarəolunan zenit raketləri yalnız "Tomahawk" və ALCM kimi strateji qanadlı raketləri deyil, həm də AH- 64 helikopterlərində istifadə edilən JAGM və ya HARN radar əleyhinə taktiki raketləri də məhv edə bilir.
2013-cü ildə keçirilən natural sınaqlar zamanı bu raketlər hətta "Saman" kimi aşağı siqnaturaya malik hədəfləri birbaşa "hit-to-kill" metodu ilə məhv etdi. Əslində radio komanda tuşlama metodu bu unikal xüsusiyyətləri təmin etmir. Ola bilsin ki, "Tor" tuşlama radarı yüksək tezlikli Ku-diapazona keçidi hədəfi daha dəqiq təqib etməyə imkan verir. "Tor-M2U" demək olar ki, hər hansı bir ABŞ-ın yüksək dəqiqlikli silah elementinin öhdəsindən gələ bilir. RZV-MD raketlərinin limit yükü 35-40G qədər artıb, bu isə 16-17 vahid yük altında manevr edən raketləri məhv edə bilir.
Nəticə
Suriya Ərəb Ordusuna bu komplekslərin əlavə "Pantsir"lərlə birlikdə çatdırılması, Deyr əz-Zor əyalətinin mərkəzi hissəsi və Suriyanın digər gözlənilməz əraziləri üzərində etibarlı orta yüksəklikdə "müdafiə çətiri" formalaşması üçün kifayət edir. Digər tərəfdən ABŞ-da Suriya Ordusuna qarşı istifadə edə biləcəyi seriyalı hipersəs hava hücum vasitələri yoxdur. "Tor" və "Pantsır" ZRK 2600 və 3600 km/saat sürətlə uçan hədəflərin öhdəsindən əla gəlir.
Baxmayaraq ki, Rusiya istehsalı ZRK əla keyfiyyətləri haqqında nikbin rəylərə baxmayaraq, hərbi ekspertlərin, o cümlədən general-leytenant Ayteç Bijevin də fikirlərinə qulaq asmaq faydalı olardı. O hesab edir ki, Suriyanı havadan müdafiə etmək üçün 3-4 deyil, 480-576 ədəd 5V55R/48N6E2 raketlərə sahib 10- 12 ədəd S-300 PMU-2 zenit raket divizionuna ehtiyac var. Bildiyiniz kimi, onlar qərb bölgələrinə olacaq hava hücumlarını dəf etmək üçün tələb olunur. Niyə bu qədər çox?
Deyr əz-Zorun şimal rayonlarında yerləşən ABŞ tərəfindən dəstəklənən YPG müvqelərinə Suriya Ərəb Ordusunun və Suriya-İran qruplarının birgə hücumu artıq başlayıb. Hökumət qüvvələri Canina kəndi yaxınlığında Fəratı keçərək YPG-ni qabaqlayıb və 4 yaşayış məntəqəsini - Huveydzat, əl-Maiishiya, Şəmra əl Hisan və Əl Ciyəni ələ keçirdi. Bu döyüşlərdə YPG ABŞ artilleriya və aviasiya tərəfindən aktiv şəkildə dəstəklənib. Nəticədə hökumət qüvvələri sıxışdırılıb, lakin azad edilən bölgələr Suriya Ordusunun nəzarətində qalıb. Suriya ordusunun Deyr əz-Zorun şərq məhəllələrindəki mövqeləri üzərində ABŞ təyyarələri davamlı olaraq manevr edirlər, aşağı intesivlikdə döyüşlər davam edir.
Bu hadisələrin gedişatı, Suriyanın son bir neçə onilliklər ərzində baş verə biləcək ən ciddi hərbi münaqişənin astanasında dayandığını göstərir. Bu isə 3-4 ədəd S-300 ZRK ilə həll ediləcək münaqişəyə oxşamır.
Yazı Yevgeni Damantsevin məlumatlıarı əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az