Estoniyada beynəlxalq irimiqyaslı təlimlər başlayıb

2018/05/234234_1525245221.jpg
Oxunub: 2324     15:11     02 May 2018    
Bu gün Estoniyada “Siil” (Azərbaycanca “Kirpi”) beynəlxalq hərbi təlimləri başlayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Estoniya Silahlı Qüvvələri məlumat yayıb.

Məlumata görə, təlimlərdə 15 müxtəlif dövlət – Belçika, Böyük Britaniya, Almaniya, Gürcüstan, Danimarka, İrlandiya, Kanada, Latviya, Litva, Polşa, ABŞ, Ukrayna, Finlandiya, Fransa və İsveçdən olan 2 minə yaxın hərbçi iştirak edir. Hərbi qulluqçularla yanaşı manevrlərdə xalq könüllüləri, polis və xilasedicilər iştirak edəcək.

Təlimlər 3 mərhələdə keçiriləcək. Bu gündən mayın 4-dən bütün bölmələr döyüş hazırlığı vəziyyətinə gətiriləcək, mayın 4-dən 7-dək onlar birgə tapşırıqlar həyata keçirəcəklər, mayın 8–dən 12-dək isə təlim döyüşləri keçiriləcək.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Estoniya   Təlimlər  


Bizi "telegram"da izləyin