Ordu.az SANA agentliyinə istinadən xəbər verir ki, bu barədə Suriya ordusundan olan mənbələr məlumat yayıb.
Məlumata görə, döyüşçülər 48 saat ərzində ağır və orta silahlar, reaktiv yaylım atəşi sistemləri, zirehli texnika və nəqliyyat vasitələrini Suriya ordusuna təhvil verməlidirlər.
Döyüşçülərin həmçinin mina ərazilərinin xəritələrini və döyüş sursatlarının olduğu anbarların yerini, onlara gedən yolları göstərəcəyi qeyd olunur.
Ağalar Qəribov
Ordu.az