Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Birləşmiş Qüvvələr Əməliyyatı qərargahının mətbuat mərkəzi məlumat yayıb.
Məlumata əsasən, separatçılar atəşkəsi 52 dəfə pozublar və bunun nəticəsi olaraq Ukrayna Silahlı Qüvvələrinin 2 hərbçisi, rəqibin isə 4 döyüşçüsü yaralanıb.
Xüsusilə aktiv şəkildə Avdeyevka, “Butovka” şaxtası, Marinki, Svetlodarsk, Troitsk, Nevelsk istiqamətləridən atəşkəs pozulub.
Separatçıların 152 millimetrlik artilleriyadan da istifadə etdiyi qeyd olunur.
Ağalar Qəribov
Ordu.az