Ordu.az CNN telekanalına istinadən xəbər verir ki, bu barədə məlumatlı mənbələr məlumat yayıb.
Məlumata görə, KXDR liderinin bu qərarına Cənubi Koreya prezidenti Mun Çje İn da təsir göstərib.
Kim Çen Inın Pxanmundcomda görüşməyə razılıq verməsinin əsas səbəblərindən birinin də artıq həmin məntəqədə görüşün keçirilməsi üçün bütün zəruri avadanlıqların mövcudluğu faktı göstərilir.
Qeyd edək ki, görüşün may ayının sonları, yaxud iyun ayının ilk yarısında keçirilməsi gözlənilir.
Ağalar Qəribov
Ordu.az