Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə erməni hərbi ekspert Arkadi Qriqoryan bildirib.
Ekspertin fikrincə, bu istiqamətdə dəyişikliklərin olması gözlənilən deyil, çünki dərin əməkdaşlıq və qarşılıqlı maraq kəsb edən hallar mövcuddur.
"Qüvvədə olan razılaşmalar hakimiyyətdə kimin olmasından asılı olmayaraq yerinə yetiriləcək. Yeni razılaşmalara gəldikdə isə, buna nail olmaq yeni hakimiyyətdən asılı olacaq", - deyə ekspert qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az