Çin donanması kiçik amma cəld addımla inkişaf edir

2018/05/received_2530098233882996_1525200102.jpeg
Oxunub: 3163     03:03     02 May 2018    
Çin Xalq Azadlıq Ordusunun donanma qüvvələri aprelin 23-də 69-cu ildönümünü qeyd edib. Elə həmin günü ölkənin ilk milli aviadaşıyıcısı ilkin sınaqlara başlayıb.

Ordu.az “Global Times”a istinadən xəbər verir ki, bu, XAO-nu yerli müasir aviadaşıyıcı tikmə məqsədinə bir qədər də yaxınlaşdırıb.

21-ci əsrin başlanğıcından etibarən Çin donanmasının döyüş gəmiləri qısa və cəld addımlarla inkişaf yolu keçib. Nəticədə həm texnoloji, həm də say baxımından Çin donanması xeyli irəliləyişə nail olub.

Qeyd edək ki, yeni aviadaşıyıcı üzərində ilkin işlər 2013-cü ildə başlayıb və 2017-ci ildə artıq suya buraxılıb. Bu ilin ilk yarısında isə dəniz təlimlərinə başlayacaq.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Çin-donanması  


Bizi "telegram"da izləyin