İran ordusu dünyanın 13-cü gücüdür

2018/05/received_2530050927221060_1525198134.jpeg
Oxunub: 2837     02:06     02 May 2018    
İran ordusu 136 ölkənin silahlı qüvvələrinin məlumatları üzərində hazırlanmış qlobal indekslərə əsasən 13-cü yerdə qərarlaşıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, siyahıda ilk dördlüyü uyğun olaraq ABŞ, Rusiya, Çin, Hinistan təşkil edib.

Reytinqdə 55 faktor nəzərə alınıb və bütün ordu qollarını – hava, quru, dəniz - əhatələyib. Lakin ölkələrin nüvə gücləri kimi strateji qüvvələri nəzərə alınmayıb.

Reytinqdə qeyd olunan məlumata görə, İran quru qoşunlarının 1650 döyüş gəmisi və 2215 zirehli döyüş vasitəsi mövcuddur. Donanmanın isə ümumilikdə 398-i mülkü var. Bunların beşi freqat, 33-ü sualtı gəmi və 10-u mina müharibə gəmisidir.

Reytinqdə göstərilir ki, Çinin müdafiə büdcəsi 151, Hindistanın 47, Pakistanın 7, İranın isə 6,3 milyard dollardır.

Bundan başqa həmin ölkələrin canlı qüvvələri isə sırası ilə 2 milyon 183 min, 1 milyon 362 min 500, 637 min və 534 mindir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   İran-ordusu  


Bizi "telegram"da izləyin