“Raytheon” son dəfə “Tomahawk” raketləri hazırlayacaq

2018/05/received_2530054097220743_1525197154.jpeg
Oxunub: 1624     01:52     02 May 2018    
“Raytheon” “Tomahawk” quru hücum qanadlı raketinin istehsalı ilə bağlı ABŞ donanması ilə müqavilə imzalayıb.

Ordu.az “Janes”ə istinadən xəbər verir ki, məsələ ilə bağlı tərəflər arasında imzalanan müqavilənin dəyəri 143,3 milyon dollardır.

Məlumata görə, müqavilə çərçivəsində “Raytheon” ABŞ donanması üçün 100 ədəd “Tomahawk Block IV” şaquli atış sistem raketləri istehsal edəcək.

Raketlərin 2020-ci ilin avqustuna qədər hazır olması gözlənilir. Bununla da təxminən 40 ildir davam edən “Tomahawk” raketlərinin istehsalı dayandırılacaq.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Raytheon   Tomahawk  


Bizi "telegram"da izləyin