Sabiq israilli nazir: “Şimal cəbhəsi müharibəyə hazır deyil”

2018/05/received_2530066897219463_1525195552.jpeg
Oxunub: 3940     01:25     02 May 2018    
“Şimal cəbhəsi İranla müharibəyə hazır deyil, bunu nəzərə almaq lazımdır”.

Ordu.az “Jerusalem Post”a istinadən xəbər verir ki, bu fikirləri İsrailin İkinci Livan müharibəsi dövründə Müdafiə naziri olmuş Amir Peretz bildirib.

“Şimaldakı əsas məsələ budur ki, daxili cəbhənin müdafiəsi perspektivində hazırlıqsızdır. Bunun aradan qaldırılması üçün çox şey edilməlidir. Təxminən 7 milyon 200 minlik vəsait ayrılmalıdır ki, bu cəbhə hazır vəziyyətə gətirilsin.

Xatırladaq ki, mart ayında hazırkı Müdafiə naziri Aviqdor Liberman da eyni səpkili açıqlama verərək bildirib ki, şimalda istehkamların gücləndirilməsi üçün bir neçə milyon dollar əlavə vəsaitə ehtiyac var. Yalnız bundan sonra həmin bölgənin müdafiəsi cənubun səviyyəsinə çatdırıla bilər.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   İran   Şimal-cəbhəsi  


Bizi "telegram"da izləyin